!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücü ona əsassız cərimə yazıldığını iddia edir - VİDEO

!Reklam – Yazi

Lənkəran sakini qayda pozmadığı halda onun adına cərimə olunduğu barədə dörd protokol yazıldığını iddia edir.

Yenicag.az Xezerxeber.az-a istinadən məlumatına görə, Lənkəran rayonu, Aşağı Nüvədi kənd sakini Amal Hüseynovun adına Bakı şəhərində evakuatorla radara düşməsi ilə bağlı dörd xəbərdarlıq bildirişi gəlib.

Amma sürücü bu cərimə ilə razılaşmır. Səbəb isə onun evakuator deyil, təcili tibbi yardım avtomobilinin sürcüsü olmasıdır.

Amal Hüseynov qeyd edib ki, Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 90-JM-949 dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilini idarə edir. O, evdə olduğu halda harada və hansı şəraitdə, hansı ərazidə radara düşdüyünü öyrənmək üçün aidiyyəti üzrə müarciət edib. Amal Hüseynova radar cərməsinin 90-JM-949 dövlət qeydiyyat nişanlı evakuator tipli nəqliyyat vasitəsinə aid olduğunu bildiriblər.

İndi Amal Hüseynov yol-hərəkəti qaydalarını pozmadığı halda onun adına yazılan cərimlərinin silinməsini və bundan əvvəl evakuator üçün ödədiyi cərimlərin də ona qaytarılmasını istəyir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, vətəndaş idarənin rəsmi internet səhifəsi olan dyp.gov. az-a müraciət etməlidir.

Ətraflı süjetdə:

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv