!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücü sükan arxasında öldü – Balakəndə

!Reklam – Yazi

Balakən rayon sakini Vlazim Nəsibov axşam saatlarında avtomobili idarə edərkən elə sükan arxasında halı pisləşərək dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunda, Balakən rayonunun Katex kəndi ərazisində qeydə alınıb.

Kənd sakinlərinin sözlərinə görə, “Jiqulu” markalı avtomobili idarə edən 60 yaşlı Vlazim Nəsibov magistralda avtomobil idarə edərkən səhhəti qəflətən pisləşib. O, çətinliklə avtomobili kənara çəkərək saxlayıb və elə sükan arxasından yerə yıxılıb.

Hadisəni kənardan müşahidə edən sakinlər yetişənə kimi Vlazim Nəsibov oradaca keçinib.

Hadisə yeri müvafiq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müayinə edilib, ilkin təhqiqat aparılıb. Daha sonra sürücünün meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə aparılıb.

İlkin məlumatlara əsasən rayon sakini ürəktutmadan vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv