Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sürücü telefonla danışdı - Rəhbərlik BNA-ya çağırıldı / XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə avtobus sürücüsünün sükan arxasında mobil telefon vasitəsilə videgörüntülü danışması ilə bağlı yayılan görüntülər nəzarətə götürülüb.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, görüntülərin “General Avto Kompani” firmasının müvəqqəti istismarında olan 38 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JV 443 Dövlət Qeydiyyat Nişanlı avtobusda qeydə alındığı müəyyən edilib.

Sürücü Rahim Cəbrayılov sükan arxasında avtobus hərəkətdə olan zaman mobil telefonla video bağlantı qurub.

Məsələylə əlaqədar izahat verməsi üçün “General Avto Kompani” firmasının rəhbərliyi Bakı Nəqliyyat Agentliyinə çağırılıb.

“Bildiririk ki, sürücünün sükan arxasında mobil telefondan istifadə etməsi yol hərəkəti qaydaları əleyhinə inzibati xəta olmaqla yanaşı, həm də sərnişindaşımalarda təhlükə riskini artırır. Bu da sərnişinlərin narahatlığına səbəb olur. Bildiririk ki, müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər xidmətin keyfiyyətli və təhlükəsiz təmin olunmasına qanunla müəyyən olunan qaydada məsuliyyət daşıyırlar. Hər bir daşıyıcı şirkət üzərinə düşən məsuliyyətə əməl etməli və bu kimi halların təkrarlanmaması üçün onlar tərəfindən ciddi tədbirlər görməlidir. Əks halda daşıma şərtlərini pozanlar sərnişindaşımalardan kənarlaşdırılacaq”, – deyə BNA-da bildirilib.

Loading...

www.yenicag.az

218
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100