Sürücülərin diqqətinə: Bu küçədə hərəkət dəyişdirilir – FOTO

Paytaxt küçələrindən birində hərəkət dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a bildirilib ki, bu yay hərəkətin dəyişdiriləcəyi ünvanlardan biri Fəzail Bayramov küçəsidir.

Bu küçədə geriyədönmə yerini təşkil etməklə sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq:

Qeyd edək ki, hazırda Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan sakinlər şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə daxil olmaq üçün yeni yoldan istifadə edə bilmirlər. Bu səbəbdən onlar Babək və Xocalı prospektlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə pik saatlarda hər iki prospektin nəqliyyat yükünün əhəmiyyətlə dərəcədə artmasına səbəb olur.