yolsurHazırda paytaxt yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, yolların hərəkət hissəsi qar və buzdan təmizləndiyindən nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkətində hər hansı bir çətinlik yoxdur.

“Məlumat üçün onu da bildirək ki, dünən axşam saatlarında paytaxtda müşahidə edilən hava şəraiti nəzərə alınaraq şəhərdaxili əsas magistral avtomobil yollarında (Heydər Əliyev prospekti-hava limanı və Zığ-hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə) nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi səhər saatlarında 20 km/saat, axşam isə daha 10 km/saat endirilib. Hazırda paytaxt yollarında vəziyyət normal olduğundan sürət həddi 10 km/saat qaldırılaraq standartdan 20 km/saat aşağı saxlanılıb”, – deyə qurumdan bildirilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."