!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücülərin nəzərinə: Yaza keçid edərkən bunları nəzərə alın

!Reklam – Yazi

“Yaz-yay ayları başlamazdan əvvəl sürücülər avtomobillərini yeni mövsümə hazırlamalıdır”.

Yenicag.az xəbər verir ki, bunu “Sükan arxasında” jurnalının baş redaktoru, avtoekspert Maksim Kadakov deyib.

O bildirib ki, kir, rütubət, xoşagəlməz qoxuların yığılmaması üçün avtomobilin salonunu yaxşıca yumaq, paspasları və kuzovun döşəməsini təmizləmək və qurutmaq lazımdır:

“Bundan əlavə, aprel-may aylarında maşının yağının dəyişildirilməsi məsləhətlidir. Təkərləri dəyişməyin vacibliyini də unutmaq olmaq. Lakin hava dəyişkən olduğu üçün hələ bir müddət qış təkərləri ilə idarə etmək daha yaxşıdır. Əgər uzun müddət dəyişdirilməyibsə, əyləc mayesini də dəyişdirmək lazımdır.

Qışda çuxurların üstündən keçirik. Bu da asmanın gərgin şəraitdə işlədiyi deməkdir. Buna görə servisə gedərək təkərlərin balansını da yoxlatmaq lazımdır.

Qışda rütubət yanacaq çənində kondensasiya olunur və bir qayda olaraq orada qalır. Bu problemin həlli üçün sürücülər heç olmasa, yanacaq filtrini dəyişdirməli, bütün yanacağı boşaltdırmalı və yanacaq çənini yudurtmalıdır”.

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv