!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücünü döyən məmur barəsində təkzib edilən HÖKM: “Ortada bir informasiya qarışıqlığı var” – REAKSİYA

!Reklam – Yazi

“Dövlət öz nüfuzunu qorumaq üçün o adamı ən sərt şəkildə cəzalandırmalıdır”.

Bu fikirləri Prezidentin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, moped sürücüsünü döydüyünə dair video yayılan Sultan Dadaşovun cəzalandırılması ilə bağlı qeyri-müəyyənliyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, bu məsələyə dair informativ qeyri-müəyyənliyin ortadan qaldırılması lazımdır:

“O şəxs barəsində məhkəmə tərəfindən 25 sutka həbs cəzası çıxarılması haqda məlumat yayılsa da, Daxili İşlər Nazirliyi bu informasiyanı təkzib etdi. Təəssüf ki, ortada bir informasiya qarışıqlığı var. Yaxşı olardı ki, gerçək durum bu məsələdə adı çəkilən Yasamal Rayon Məhkəməsi ilə dəqiqləşdirilsin və ictimailəşdirilsin.

Ümumiyyətlə, burada konkret cinayət əməli var, videodan da göründüyü kimi, maşınla adamın ayağının üstündən keçilib, buna uyğun da cəza verilməlidir. Bu məsələ belə qalmamalıdır. Digər tərəfdən, moped sürücüsünün yol hərəkəti qaydalarını pozması faktı da var və bu da diqqətdən qaçırılmamalıdır. Amma onun yol verdiyi qayda pozuntusuna yönəlik reaksiya adekvat deyil, qanun pozuntusudur, hətta üstəlik həyati təhlükə yaradan zorakılıq da var.

Yəni deyirəm, bu məsələ elə-belə qalmamalıdır. Dövlət öz nüfuzunu qorumaq üçün o adamı ən sərt şəkildə cəzalandırmalıdır. Çünki o, sıradan bir vətəndaş deyil, adı Prezident Administrasiyası, Prezident Sarayı ilə birlikdə çəkilir. Prezident İlham Əliyev də dəfələrlə bildirib və öz nümunəsində də göstərib ki, bizim hər birimiz xalqın qulluqçusuyuq. O şəxs isə hər şey bir yana, cənab prezidentin çağırışını belə qulaqardına vurub, bu cür əməl törədib və cəzasını da almalıdır”.

A.Zeynalov

www.yenicag.az

2658
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv