!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Şuşa Bəyannaməsi yolumuzu və strategiyamızı müəyyən edən bir sənəddir" - Hulusi Akar

!Reklam – Yazi

“Bu mövzularda mühüm addımlar atmışıq və atmaqda da davam edirik”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Şuşa Bəyannaməsilə bağlı işlər aparılır:

“Şuşa Bəyannaməsi yolumuzu və strategiyamızı müəyyən edən bir sənəddir. Bu sənəd istiqamətində apardığımız işlər var. Hərbi təlim və əməkdaşlıqla bağlı araşdırmalarımız davam edir. Araşdırmalarla müdafiə sənayesi və silahlı qüvvələrimizin təchizatı ilə bağlı nələr edə biləcəyimizi müzakirə edəcəyik. Bu mövzularda mühüm addımlar atmışıq və atmaqda da davam edirik”.

Hulusi Akar bildirib ki, Ermənistana uzadılan sülh əlinə cavab gözləyirlər:

“Ermənistana uzadılmış sülh əli var. Biz gözləyirik və ümid edirik ki, bu sülh əlinə qiymət veriləcək. Bu yolla biz sülhün təmin olunmasına çalışırıq”.

“Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin gücləndirilməsi digər ölkələr üçün təhlükə deyil”, – deyən nazir sözlərinə belə davam edib:

“Biz silahlı qüvvələrimizin inkişafı, ölkələrimizin və millətimizin müdafiəsi üçün işimizi davam etdiririk. Ordularımızın gündən-günə irəliləməsindən də çox məmnunuq. “İki dövlət, tək millət” olan Azərbaycan və Türkiyənin Qafqazda barış və sabitliyin təmin edilməsi üçün əlindən gələn səyi göstərdiyini hər kəs görür. Arzumuz bir an əvvəl barışa, sabitliyə qovuşaraq hamının etibarlı və rifah içində yaşayışını davam etdirməsidir”.

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv