!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşa ilə bağlı sayt yaradıldı - FOTO

!Reklam – Yazi

Şuşa Dövlət Musiqili Dram Teatrında “Şuşa ili” müsabiqəsi çərçivəsində “Şuşanın virtual təbliği” layihəsi həyata keçirilib.

Yenicag.az xəbər verir ki, layihə çərçivəsində musiqişünas, araşdırmaçı alim Firidun Şuşinskinin “Şuşa” kitabı əsasında “Söhbət Şuşadan gedir”, “Bülbülün ev muzeyi” və “Duyğuların palitrası” adlı sənədli filmləri çəkilib.

Eyni zamanda shushainfo.com saytı yaradılıb. Saytda Şuşa şəhərinin tarixi, tarixi-mədəniyyət abidələri, eksponatları, Şuşa rayonunda yazıb-yaratmış tarixi şəxsiyyətlər, erməni quldurlarının işğal dövründə şəhərdə yaşayış və qeyri-yaşayış binalarına, eləcə də təbiətinə vurduğu ziyan, Azərbaycanın mədəniyyət paytaxtının iqtisadiyyatı, statistikası, işğaldan azad olunandan sonra şəhərin bərpası istiqamətində görülmüş işlər haqqında məlumatlar yerləşdirilib.

Qeyd edək ki, sənədli filmlərin rejissoru Vüqar Əlisoy, saytın proqramçısı isə Xaqan Məhərrəmovdur.

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv