!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşa, Kəlbəcər və Laçında hava necə olacaq?

!Reklam – Yazi

Dekabrın 21-i səhərədək Şuşa, Kəlbəcər və Laçında hava şəraitinin yağıntılı olacağı, arabir qar yağacağı, bəzi ərazilərdə intensivləşəcəyi, qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi, çovğun, duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a bildirilib ki, havanın temperaturu gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.

Dekabrın 21-i gündüz, 22-də havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Dekabrın 20-də arabir qar yağacağı gözlənilir. Bəzi ərazilərdə intensivləşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gündüz 3-7° şaxta, axşam 9°-dək şaxta olacaq.

Dekabrın 21-də arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi, axşama doğru əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.

Dekabrın 22-də havanın şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv