!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşa, Kəlbəcər və Laçında qar yağacaq - XƏBƏRDARLIQ

!Reklam – Yazi

Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.

Şərq küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Yanvarın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Lakin gecəyə doğru arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 2 dərəcəyədək isti olacaq.

Yanvarın 8-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə şaxta, gündüz 2-4 dərəcə şaxta olacaq.

Yanvarın 9-da arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10 dərəcə şaxta, gündüz 3-5 dərəcə şaxta olacaq.

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq da edilib. Belə ki, Şuşa, Kəlbəcər, Laçında yanvarın 7-dən 8-nə keçən gecədən başlayaraq yanvarın 12-dək hava şəraitinin dəyişəcəyi, arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Qərb küləyinin sürəti 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 10-15 dərəcə şaxta, gündüz 5-7 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv