!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olunacaq

!Reklam – Yazi

“Biz bu ilin yanvarında Prezidentlə olan görüşümüzdə razılığa gəldik ki, 2022-2023-cü illərdə Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan edək”.

Yenicag.az xəbər verir ki, bunu REAL-a müsahibəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev deyib.

O bildirib ki, Şuşa bütün Türk dünyası üçün əsas şəhər olacaq:

“Biz hazırda bu istiqamətdə böyük proqram hazırlayırıq. Böyük tədbirlər keçirəcəyik. Buraya mədəni tədbirlər, o cümlədən, mədəni xarakterli konfranslar daxil olacaq.

Amma ən əsası, Şuşada dağıdılmış mədəni obyektlərin müştərək səylərimizlə bərpasına hazırlaşırıq. Bu prosesdə Türk Şurasının himayəsi altında olan bütün üzv ölkələr iştirak edəcək”.

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv