!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşa-Xankəndi yolunda etirazların ikinci günü - CANLI YAYIM / YENİLƏNDİ

!Reklam – Yazi

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Yenicag.az xəbər verir ki, hazırda aksiya iştirakçılarının sayı artmaqdadır.

Gecə saatlarında idmançılarımızdan ibarət qrup aksiyanın keçirildiyi əraziyə gəliblər.

Bir neçə dəqiqə əvvəl isə 200 nəfərdən ibarət könüllü qrupu Şuşa-Xankəndi yoluna çatıblar və aksiyaya qoşulublar.

*** 09:01

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Yenicag.az xəbər verir ki, 24 saata yaxın davam edən aksiyada 500-dən çox fəal iştirak edir.

Etirazçılar Xankəndiyə gedən yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Aksiya iştirakçıları səhər saatlarında “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

www.yenicag.az

1458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv