!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşada Beynəlxalq Media Forum keçirildi - YENİLƏNDİ 2

!Reklam – Yazi

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda “Azərbaycan mətbuatında Şuşa izi” adlı üçüncü panel keçirilib.

Yenicag.az xəbər verir ki, paneldə Zəfər tarixi Azərbaycan mediasının əsas mövzusu kimi, həmçinin Şuşanın qələm sahibi və qəzeti ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin deputatı, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılovanın moderatorluğu ilə keçirilən üçüncü paneldə İraq Respublika Strateji Araşdırmalar Mərkəzinin direktoru Matz Muhy Abdulhamid Obada, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Yeni Musavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və “Azad Şuşa” saytının baş redaktoru, işğaldan əvvəl “Şuşa” qəzetinin baş redaktoru olmuş Kərim Kərimli çıxış ediblər.

İşğaldan azad olunmuş Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda “Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” adlı ikinci panel keçirilib.

ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu altında keçirilən ikinci paneldə çıxış edənlər Avropa Xəbər Agentlikləri Alyansının Baş katibi Aleksandru Giboi, “Real” Təhlil İnfomasiya Mərkəzinin Baş direktoru Mirşahin Ağayev, “Anadolu” agentliyinin Baş direktorun müavini, baş redaktor Yusuf Özhan, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub.

Emin Musəvinin moderatorluğu altında keçirilən birinci paneldə çıxış edənlər TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bolqarıstanın BTA İnformasiya Agentliyinin İnformasiya Siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva, “Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim, “Haqqin.az” analitik veb-saytının rəhbəri Eynulla Fətullayev və başqaları olub.

 

*** 11:29

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Beynəlxalq Media Forum başlayıb.

Yenicag.az xəbər verir ki, tədbir Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Tədbirdə iştirak edən əcnəbi nümayəndələr arasında “Anadolu” agentliyinin baş redaktoru Yusif Özhan, Avropa Xəbər Agentliklər Alyansının Baş katibi Aleksandru Giboi, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və s. media nümayəndələri və ekspertlər var.

Bundan başqa, Azərbaycan təmsilçiləri sırasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və digər rəsmi şəxslər, mətbuat nümayəndələri və ekspertlər var.
Qeyd edək ki, Forum 4 paneldə keçirilir. “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar” adlı birinci paneldə əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada “fake news” ilə mübarizə olacaq. “Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” adlı ikinci paneldə mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika müzakirə predmeti olacaq.

Daha sonrakı “Azərbaycan mətbuatında Şuşa izi” panelində Zəfər tarixi Azərbaycan mediasının əsas mövzusu kimi, Şuşanın qələm sahibləri və qəzeti ətrafında fikir mübadiləsi aparılacaq. Sonuncu “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” panelində isə əsas mövzular Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, Azərbaycan-Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı olacaq.

***

10:00

Bu gün Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda beynəlxalq media forumu keçiriləcək.

Yenicag.az xəbər verir ki, forumda “Yeni media jurnalistikasına keçid, ənənəvi medianın problemləri, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı”, “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” və digər mövzular müzakirə olunacaq.

Tədbirə Azərbaycanda fəaliyyət göstərən media qurumlarının baş redaktorları və bir sıra xarici ölkələrdən olan jurnalistlər qatılıb.

Tədbir iştirakçılarını aparan təyyarə bir neçə dəqiqə əvvəl Füzuli Beynəlxalq Hava Limanına enib.

www.yenicag.az

944
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv