!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşada keçiriləcək Zəfər Qurultayı: "Bu ən yeni tariximiz baxımından mühüm hadisədir"

!Reklam – Yazi

“Bu, işğaldan azad edilən ərazilərin əsl sahibinə qayıtdığını dünya miqyasında elan etmək üçün əvəzsiz fürsətdir”.

Bu sözləri sabah Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı haqqında fikirlərini bölüşən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qurultayın Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var:

“Şuşa Azərbaycan üçün istər mənəvi, istərsə də mədəni baxımdan mühüm bir şəhərdir. Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı həm də Zəfər Qurultayı kimi tarixə düşəcək. Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Bu, işğaldan azad edilən ərazilərin əsl sahibinə qayıtdığını dünya miqyasında elan etmək üçün əvəzsiz fürsətdir. Çünki qələbəni qazanmaq hələ prosesin sonu demək deyil. Bu qələbəni dünya miqyasında tanıtmaq lazımdır. Dünya Azərbaycanlılarının V Qurultayı həm də xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyasının reallaşdırılması baxımından mühüm hadisə olacaq.

Etiraf etmək lazımdır ki, Azərbaycan diasporu uzun illər erməni diasporu ilə rəqabətdə xeyli geridə qalırdı. Lakin son 4 ildə görülən əsaslı işlər 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurasının yaradılması, 12 ölkədə 18 Azərbaycan Evinin yaradılması kimi atılan mühüm addımlar 44 günlük müharibənin gedişində öz bəhrəsini verdi. Bu illər ərzində prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporu mühüm inkişaf yolu keçdi. Ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, milli maraqların qorunması işində səmərəli fəaliyyət göstərildi.

Şiddətli müharibənin getdiyi bir zamanda Azərbaycan Diasporu Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirib, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak ediblər. 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərmişdi. Nəticə etibarilə Dünya Azərbaycanlılarının V Qurultayının istər mədəniyyət paytaxtımız Şuşada keçirilməsi, istərsə də qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ən yeni tariximiz baxımından mühüm hadisədir”.

Gülşən Şərif

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv