!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşadakı dəhşətli qəzada ölənlər kimlərdir? - DETALLAR

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi Şuşa rayonunun Daşaltı kəndində avtomobil aşaraq yanıb, 5 nəfər ölüb. 

Yenicag.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, qəzada dünyasını dəyişən şəxslərdən biri “Mikro Tunel Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı olub.

Kamil Qaybaliyev sözügedən şirkətdə ekskavatorçu  işləyib.

Ehtimal edilir ki, qəzada dünyasını dəyişən digər şəxslər də sözügedən şirkətin əməkdaşları olublar.

Qeyd edək ki, “Mikro Tunel Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Cəlal Əliyev Cəlallədin oğludur. Şirkət işğaldan azad olunan ərazilərdə tunel işlərinin qurulması ilə məşğuldur.

Xatırladaq ki, noyabrın 4-də Elvin Abbasovun idarə etdiyi “Nissan Navara” markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq həlak olublar.

***

10:48

Şuşa rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşaltı kəndində qeydə alınıb.

Belə ki, Elvin Abbasovun idarə etdiyi “Nissan Navara” markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və avtomobildən yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.

Sürücü isə ağır yanıq xəsarətıəri ilə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirib ki, baṣ vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hazırda iatintaq davam etdirilir.

Qeyd edək ki, qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərinin birinin əməkdaşlarıdır.

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv