!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşada quraşdırılacaq seysmik stansiya artıq Azərbaycandadır

!Reklam – Yazi

Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlər davam edir.

Bu barədə Yenicag.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib. O qeyd edib ki, bilindiyi kimi Şuşadakı seysmik stansiyanı AFAD hədiyyə edib və həmin stansiya quyudibi stansiyadır:

“Stansiya artıq ölkəmizdədir. Hazırda quyunun qazılması və stansiyanın quraşdırılması istiqamətində texniki işlər mərhələsindəyik. Digər rayonlarımıza gəlincə isə ümumilikdə işğaldan azad olunmuş ərazilərimizdə 10 seysmik stansiya quraşdıracağıq. Növbəti hansı rayonun olacağı isə Şuşadan sonra müvafiq dövlət qurumları ilə razılaşdırılacaq. Çünki ərazilərdə mina təhlükəsi var. Seysmik stansiyaların quraşdırılması həmin ərazilərdə məskunlaşma aparıldıqca həyata keçiriləcək”.

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv