!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şuşada şəhid olan oğlunun atasına SON SÖZÜ: “Zəng edib dedi ki...” – Xalq artisti

!Reklam – Yazi

“Həmişə bir sözü vardı ki, ata, narahat olmayın, biz qalib olacağıq, Qarabağı işğaldan azad edəcəyik. Dedi və etdi”.

Bunu Yenicag.az-a açıqlamasında oğlu Şuşa döyüşlərində şəhid olan Akademik Milli Dram Teatrının aparıcı aktyoru Əli Nur deyib.

Aktyor oğlunun könüllü olaraq döyüşə gediyini bildirib:

“45 yaşı var idi, müharibə başlayanda xəbər tutduq ki, könüllü ərizə yazıb, gedib döyüşlərə. Əvvəl Zəngilanda, Cəbrayılda, Qubadlıda olub. Sonuncu dəfə noyabrın 2-də mənə zəng edib dedi ki, ata bizi Qubadlıdan Laçına aparırlar. Həmişə bir sözü vardı ki, ata, narahat olmayın, biz qalib olacağıq, Qarabağı işğaldan azad edəcəyik. Dedi və etdi. Son dəfə də o sözü dedi. Sən demə, Laçına yox, Şuşaya gedirlərmiş. Orada həlak olub”.

Qeyd edək ki, Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadə vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü ,Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

Cəvahir

www.yenicag.az

2234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv