!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşada Şirin su hamamının açılışı oldu - YENİLƏNDİ / FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada Şirin su hamamının bərpadan sonra açılışında iştirak ediblər.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında 2022-ci ildən aparılan bərpa işləri başa çatıb. Şirin su hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam Şirin su hamamı adlandırılıb. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra Şirin su hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilib, əlavə tikililər aparılıb, hamam yararsız vəziyyətə salınmışdı.

Məlumat verildi ki, Avstriyanın “Wehdorn Architekten” şirkətinin mütəxəssislərinin iştirakı ilə aparılan bərpa işləri zamanı ilkin hamama aidiyyəti olmayan hissələr sökülüb, bütün xarici və daxili hissələr – fasad, dam, qapı-pəncərə sistemi, döşəmə, tavan bərpa edilib. Hamamın daxilində günbəzlər və divarlardakı bütün zədələnmiş suvaqların, döşəmələrdə bütün uyğun olmayan örtük materiallarının, sonradan əlavə edilmiş quraşdırmanın aradan qaldırılması işləri həyata keçirilib. Ərazidə hasar divarları tikilib, pilləkənlər bərpa edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ətraf ərazidə görülmüş işlərlə də maraqlandılar.

Dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Şirin su hamamının bərpadan sonra açılışında iştirak ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv