!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşadan qara görə çıxa bilməyən avtobus Bakıya yola düşdü - FOTO

!Reklam – Yazi

Mart ayının 13-də Bakı-Şuşa reysi ilə hərəkət edən sərnişin avtobusu kəskinləşən hava şəraiti ilə əlaqədar olaraq Şuşa şəhərini tərk edə bilməyib.

Yenicag.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən verilən məlumata görə, son üç gündə Şuşa şəhərinə qar yağır, hava temperaturu mənfi 4-7 dərəcə arasında dəyişir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəhbərliyinin tapşırığı ilə avtobusla gələn 43 sərnişin, sürücülər və könüllülər “Xarıbülbül” hotelinə yerləşdirilib və qida ilə təmin olunublar. Sərnişin avtobusu bu gün səhər Bakıya yola düşüb.

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv