!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Şuşanın qorunub saxlanacağına Putindən zəmanət almışdım" - Paşinyandan SENSASİON AÇIQLAMALAR

!Reklam – Yazi

“Mənim üçün qırmızı xətt Şuşa və Meğridə sülhməramlıların yerləşdirilməsi idi”.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran komissiyanın iclasında deyib.

Paşinyan bəyan edib ki, 2020-ci il atəşkəs sazişini noyabrın 9-da səhər saatlarında imzalayıb, baxmayaraq ki, sənədin özü yalnız axşam saatlarında ictimaiyyətə açıqlanıb.

“Arayik Arutyunyan Azərbaycan Silahlı Qüvvələrinin “Zarosli” sektorunda müdafiəni yarıb Stepanakert-Berdzor (Xankəndi-Laçın) yolunu bağladığı xəbərini yaysa da, Baş Qərargah bu məlumatı təsdiqləmədi, hətta təkzib etdi. Bu, müharibə zamanı dəfələrlə olub. Lakin sonradan Baş Qərargah bunun doğru olduğunu etiraf etdi. Həmin andan Şuşanın süqutu başladı.
Noyabrın 9-da mən səhər variantından daha pis, lakin təklif olunan digər variantlardan daha yaxşı sənəd imzaladım, onlardan biri Meqri dəhlizini, digəri isə Tavuş vilayətinin anklavlarının geri qaytarılmasını nəzərdə tuturdu.

Şuşanın itirilməsi dönüş nöqtəsi oldu. Şuşadan sonra Martuni (Xocavənd) və Stepanakert (Xankəndi) təhlükə altında qalırdı. Və ən əsası 25 minə yaxın əsgər mühasirəyə düşəcəkdi. Müharibəni dayandırmaq üçün etdiyimiz 5-ci cəhd məhz 9 noyabr oldu.

Putin mənə dedi ki, Azərbaycanın (Şuşanın ermənilərdə qalması üçün) şərti odur ki, Şuşa əhalisinin 90%-ni təşkil edən azərbaycanlı qaçqınlar Şuşaya qayıtsınlar. Rusiya üçün bu məqbul təklif idi.

Şuşanın süqutunu bu bəyanatı imzalayıb işə getdiyimin ertəsi bildim. İki gündən sonra işdə dedilər ki, Şuşada bir nəfər də olsun əsgərimiz yoxdur.

Amma mən bütün əmrlərimdə demişdim ki, Şuşa qorunsun, qorunub saxlanacağına zəmanət də almışam”, – Paşinyan təəssüflə bildirib.

Məsmə

www.yenicag.az

305
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv