!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşaya biletlərin kütləvi alınması fırıldağı: Dövlət Xidmətinin bir-birinə zidd açıqlamaları - Ekspert çıxış yolunu göstərdi

!Reklam – Yazi

Ötən ay Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Bakı-Şuşa-Bakı istiqaməti üzrə biletlərin satışı ilə bağlı bildirmişdi ki, Biletləri kütləvi şəkildə kimlərinsə alması və daha sonra baha qiymətə satması mümkün deyil. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Lakin bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında DANX tərəfindən aprelin 26-da Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər satışa çıxarılandan sonra bir neçə şəxsin Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysinə qrup şəklində biletlər alması aşkarlanıb.

Bu fakt fonunda DANX-nin fəaliyyətini dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov öz fikirlərini Yenicag.az-la bölüşüb.

Ekspert qeyd edib ki, biletlərin ədalətli satışını təmin etmək üçün nəzarət mexanizminin yaradılması lazımdır:

“İşğaldan azad olunmuş ərazilərimizə səfərlə bağlı vətəndaşların maraqlı olması mövzunun həssaslığıdır. Hazırda səfərinə icazə verilən Şuşa və Ağdam üçün bilet tapmaq, demək olar ki, əlçatmazdır. Bilet satışa veriləndən sonra qısa zamanda satılır və yerlər dolur. Bileti kütləvi şəkildə alan vətəndaşlara qarşı aidiyyatı qurumlar tərəfindən ciddi tədbirlər görülməlidir. Çünki həmin şəxslər sui-istifadə hallarına yol verməklə pul qazansalar da, digər vətəndaşların haqqını tapdalayır. Biletlərin baha qiymətə satılması hansısa işbazların maraq faktorunu kəsb edir. Bu vəziyyətin yaşanmaması üçün müvafiq qurumlar ciddi nəzarət mexanizmi tətbiq etməlidir. Bu gün İnformasiya texnologiyaları sahəsində vəziyyət ürəkaçan səviyyədədir və peşəkar kadrlar var. Həmin kadrların sözügedən problemin həllinə cəlb olunmasına ehtiyac var. Ən azından, bir dəfə Şuşa və Ağdama səfər edən vətəndaşın növbəti gedişinə müəyyən müddətlik məhdudiyyət qoyula bilər. Bu halda digər vətəndaşlar da işğaldan azad olunmuş ərazilərə səfər edə biləcək”.

Gülşən Şərif

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv