!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SUSUZ qalan qəsəbə sakinləri: “Bu problemlə üzləşməyimiz ilk deyil” – ŞİKAYƏT

!Reklam – Yazi

Qaradağ rayonu Lökbatan qəsəbəsində “5 mərtəbəli binalar” adlanan ərazidə yaşayan sakinlər içməli su problemi ilə üzləşib.

Yenicag.az-a daxil olan şikayətlərə görə, adı çəkilən əraziyə 4 gündür ki, su verilmir. Bina sakinləri bu halın ilk dəfə olmadığını qeyd ediblər.

Onların sözlərinə görə, bu problemlə bağlı dəfələrlə Qaradağ Rayon Su-Kanal İdarəsinə müraciət etsələr də, gözlənilən nəticəni əldə edə bilmirlər. Qurum onlara problemin qısa zamanda həll ediləcəyini bildirsə də, bu istiqamətində heç bir addım atılmır.

Məsələ ilə bağlı Yenicag.az-a “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı gün ərzində suyun verilməsində yaranan fasilələrin aradan qaldırılacağını bildirib:

“Son günlər yağıntılarla bağlı Kür çayında bulanıqlıq artıb. Buna görə də su təmizləyici qurğularda problemlər yaranıb. Bu da Səngəçal nasos stansiyasına gələn suyun həcmində azalmaya səbəb olub. Ona görə də Qaradağ rayonuna verilən suyun təzyiqi azaldılıb, bəzi ərazilərdə isə müəyyən müddətlik məhdudlaşdırılıb. Artıq Səngəçal istiqamətində verilən suyun həcmi artırılıb. Bu gün ərzində Lökbatan qəsəbəsində suyun verilməsində yaranan fasilələr aradan qaldırılacaq”.

Sadiq Cavadov

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv