!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şüvəlanda Xəzərin neftlə çirklənməsi aşkarlandı

!Reklam – Yazi

Xəzər rayonu, Şüvəlan qəsəbəsində Xəzər dənizinin neftlə çirklənməsi ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Yenicag.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sahil zolağı ətrafındakı qayalıq ərazinin 200 metrlik məsafəsində, həmçinin dəniz səthində neft ləkələrinin olması müşahidə edilib:

“Neft ləkəsinin tərkibinin və çirkləndirilmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə dənizdən və çirklənmiş torpaqdan nümunələr götürülüb, hazırda araşdırmalar davam etdirilir”.

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv