!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suya qanunsuz qoşulma halları: Bakı ətrafı ərazilərdə...

!Reklam – Yazi

“1500-dən artıq su istehlakçısının yoxlaması aparılıb. Bəlli olub ki, onların arasında suyun qanunsuz istifadəsinə yol verənlər var”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Azərsu” ASC-nin elektron idarəetmə və müştəri xidmətləri departamentinin rəis müavini Cabbar Cabbarlı deyib.

O bildirib ki, su şəbəkələrinə qoşulma halları daha çox Bakı ətrafı ərazilərdə baş verir:

“Bakı kəndlərində, qəsəbələrində yerləşən həyət evləri sakinləri öz başına şəbəkəyə qoşulurlar. Artıq dəfələrlə belə hallarla rastlaşmışıq. Nəzarət edilsə də, təəssüf ki, bu cür məsələlər baş verir. Ümumiyyətlə, həmin ərazilərdə maklerlər tərəfindən tikilmiş evlər çoxdur. Çoxu rəsmi olaraq su ilə təmin olunmur, buna görə də qanunsuz yola əl atır. Makler tikən evlərin çoxunda bu problem yaşanır”

Şahanə Paşa

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv