!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suyun təmiz olduğunu iddia edən baş nazir XƏSTƏXANALIQ OLDU - VİDEO

!Reklam – Yazi

Hindistanın Pəncab əyalətinin baş naziri Bhaqvant Mann çay suyunun təmiz olduğunu göstərmək üçün bir stəkan su içdikdən sonra şiddətli mədə ağrısı ilə xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, Bhaqvant Mann Sultanpurlodhi şəhərində keçirilən mərasimdə iştirak edib.

Yerli mətbuatın yazdığına görə, Kali Bein çayının təmizlənməsinin 22-ci ildönümünü qeyd etmək üçün mərasim çərçivəsində müqəddəs çaydan bir stəkan su götürən Baş nazir Mann suyun hələ də içmək üçün kifayət qədər təmiz olduğunu bildirib.

Hadisədən sonra baş nazir Mann mədə ağrılarından əziyyət çəkməyə başlayıb. Mann daha sonra helikopterlə ölkənin paytaxtı Yeni Dehlidəki xəstəxanaya aparılıb. Mann üzərində aparılan testlər onun içdiyi sudan infeksiyaya yoluxduğunu bildiriblər.

Müalicə olunan baş nazir Mann daha sonra evə buraxılıb.

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv