!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tacikistan Azərbaycan və Gürcüstana təyyarə reysləri açacaq

!Reklam – Yazi

Bu ilin mayında Tacikistan Azərbaycana birbaşa təyyarə reysləri açmağa hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə Tacikistan Mülki Aviasiya Agentliyinin rəhbəri Dilşod Safarzoda mətbuat konfransında bildirib.

“Hazırda bununla bağlı bəzi məsələlərin razılaşdırılması üçün görüşlər keçirilir”, – o vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstanla da hava əlaqələrinin açılması planlaşdırılır: “Bu, apreldə həyata keçirilə bilər”.

D.Safarzoda hansı hava daşıyıcısının fəaliyyət göstərəcəyi, reyslərin vaxtı və biletlərin qiymətinin hələ məlum olmadığını deyib.

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv