!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tacir onu təhqir edən İlahəni SUSDURDU: “Hansı tərbiyədən danışırsan, sən deyildin, sərxoş vəziyyətdə...”

!Reklam – Yazi

“O adam mənim səviyyəmə uyğun olmadığı üçün cavab belə vermək istəmirəm. Onun mələk kimi anası var. Amma anasına belə hörmət etmir. Anasını evin içində “çürüdüb”. Anasına hörmət etməyən bir şəxsdən nə gözləmək olar?”

Bunu ünvanına təhqiramiz fikirlər səsləndirən İlahə Fədaya cavab olaraq tanınmış müğənni Tacir Şahmalıoğlu Yenicag.az-a açıqlamasında deyib.

Şahmalıoğlu qarşı tərəfə cavab verməyi şəxsiyyətinə sığışdırmadığını bildirib:

“Mən hər zaman abrımı-ismətimi, özümə hörməti qoruyub saxlayan adam olmuşam. O isə heç zaman özünə hörmət etməyib. O dostdan, qardaşdan, səmimiyyətdən məhrum bir insandır. O kim, mən kim? Ona hələ bir cavab da verim. Onun mənim barəmdə söylədiyi bütün sözlər özünə aiddir. Allah hər kəsi onun şərindən saxlasın”.

“Müsahibəsində deyir ki, indi gündəmdə qalmaq üçün oranı-buranı açmalısan. Sən özün vaxtında hər şeyi etmisən, indi kimə lazımsan? “King Kong”a oxşayırsan. Bir dəfə Şamaxıda toyda idim, bir musiqiçimə gözü düşdüyü üçün onun dalınca gəlmişdi. Özü də sərxoş vəziyyətdə. Orada da başqa bir musiqiçimə gözü düşdü, onunla getdi. Bu, indi hansı əqidədən, tərbiyədən danışır?”

Qeyd edək ki, İlahə Fəda Moderator.az-a müsahibəsi zamanı Tacir Şahmalıoğlunun ünvanına, “Mən mənəviyyatsız, əqidəsiz, cahil, əxlaqsız, ən axırıncı, şərəfsiz insan barədə danışmaq istəmirəm”,  – sözlərini səsləndirib:

Cəvahir

www.yenicag.az

1932
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv