!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tacir Şahmalıoğlu: “Pislik, mərdimazarlıq edən insanın orucu batildir”

!Reklam – Yazi

“Əgər bir insanın qəlbi təmiz deyilsə, pis əməllərindən əl çəkmirsə, ev yıxıb, mərdimazarlıq edib, kiminsə çörəyinə bais olur, haqqa girirsə, onun oruc tutub, namaz qılmasına nə ehtiyac var ki? Onsuz da onun orucu batildir”.

Bunu müğənni Tacir Şahmalıoğlu Yenicag.az-a açıqlamasında deyib.

O, günah işlədən insanların tutduğu orucu batil hesab edir:

“Mənim düşüncəmə görə insanın qəlbi, düşüncəsi namaz, oruc olmalıdır. Bəzən insanlar var ki, deyir, oruc tutdum, günahlardan təmizləndim. Xeyr, belə deyil. Oruc tutmaq, namaz qılmaq o demək deyil ki, bununla Allahın qarşısında günahlardan yayınırsan, yaxud da təmizlənirsən. Onsuz da hər bir adəm övladı etdiyi yaxşılıq və pisliklərə görə Allah qarşısında cavab verəcək. Əgər bir insanın qəlbi təmiz deyilsə, pis əməllərindən əl çəkmirsə, mərdimazarlıq edirsə onun oruc tutub, namaz qılmasına nə ehtiyac var ki? Heç özünə əziyyət belə verməsin, çünki tutduğu oruc batildir. Əlbəttə, hamıya şamil etmirəm. O qədər özünü tanıyan, özünə hörmət edən, əməlləri gözəl, mömin insanlar var, tutduqları oruc və qıldıqları namaza layiqdirlər. Amma mən, ümumiyyətlə, bu düşüncədəyəm ki, namaz qılmaq, oruc tutmaq o demək deyil ki, günahlardan uzaqlaşır. O insan özünü aldadır və ona elə gəlir ki, Allahı da aldada bilər. Əsla, Allah hər şeyi və hər kəsi görür. Mən insan tanıyıram ki, heç namaz qılmır, nə də oruc tutmur. Amma o qədər imanlı, əməlisaleh insandır ki…”

Cəvahir

www.yenicag.az

412
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv