!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Taekvandoçumuz bürünc medal qazandı

!Reklam – Yazi

Taekvandoçumuz bürünc medal qazanıb.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında taekvandoçumuz Adil Eyvazov (58 kq) Rusiya təmsilçisi Vladimir Mysov ilə qarşılaşıb.Trend xəbər verir ki idmançımız rəqibinə 2:0 hesabı ilə məğlub olub. Bununla da A.Eyvazov bürünc medal əldə edib.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə – badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv