!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Taekvondoçumuz “Prezident Kuboku” turnirində qızıl medal qazandı

!Reklam – Yazi

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov İordaniyada keçirilən beynəlxalq “Prezident Kuboku” turnirində qızıl medal qazanıb.

Yenicag.az xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan milli üzvü bütün döyüşlərini qələbə ilə başa vurub.

O, yarışın finalında Bakıda keçirilən son dünya çempionatının qalibi, cənubi koreyalı Bae Yun-Seo ilə qarşılaşıb. Q.Maqomedov rəqibi üzərində inamlı qələbə qazanaraq, İordaniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan taekvondoçuları İordaniyada keçirilən təlim-məşq toplanışının ardından “Prezident Kuboku” turnirinə qatılıblar.

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv