!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatların maaş artımına ETİRAZ: "Müəllim və ya həkimin maaşını bir neçə dəfə üstəliyərsə..."

!Reklam – Yazi

“İstər millət vəkili, istərsə yüksək rütbəli məmurların maaşının artımı ölkədəki real az maaş fonunda hər zaman təəssüf doğurur”.

Bu sözləri deputatların maaşının artırılmasına münasibət bildirən Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri bildirib ki, deputatlardan öncə sosial rifahı aşağı olan təbəqənin əməkhaqqının artırılması daha məqsədəuyğundur:

“Maaş artımı indiki sürətlə artan qiymətlər fonunda vacib olan məsələlərdən biridir. Məsələyə bu kontekstdən yanaşsaq, millət vəkillərinin maaşı da gəliri büdcədən qaynaqlanan vətəndaş kimi vəziyyətə uyğun hesablanmalıdır. Lakin digər tərəfdən millət vəkilinin maaşı orta statistik müəllim və ya həkimin maaşını bir neçə dəfə üstələyərsə və buna baxmayaraq, bir daha artırılırsa, bu artım cəmiyyətdə rezonans doğuracaq. Bu, təbiidir. Çünki büdcədən dolanan orta statistik vətəndaş bu durumu onu təmsil edən vəkilin özünü düşünüb vətəndaşın yaşamına laqeyd qalması kimi qəbul edir. Millət vəkilinin maaşının artırılması o vaxt etiraz doğurmaz ki, əhalinin aşağı gəlirli və artırılması labüd olan təbəqələrinin maaşları, pensiyaları daha öncə artırılsın. Yəni, ilk növbədə, daha az maaş alan və aşağı gəlirli sayılan təbəqələrin, məsələn təqaüdçülərin pensiyaları diqqətə alınmalı idi. Əgər büdcədə pul varsa, ilk sırada dediyim təbəqələr nəzərə alınmalıdır.

Sıralama doğru deyil. Ümumiyyətlə, istər millət vəkili, istərsə yüksək rütbəli məmurların maaşının artımı ölkədəki real az maaş fonunda hər zaman təəssüf doğurur və qıcıq yaradır”.

Qeyd edək ki, hazırki qanunvericiliyə əsasən, Milli Məclisin sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Dəyişiklikdən sonra isə Milli Məclisin sədri 3 550 manat miqdarında aylıq vəzifə maaşı alacaq.

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini 85 faizi, Milli Məclisin komitə və komissiya sədri 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.

Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Gülşən Şərif

www.yenicag.az

1209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv