Reklam: High Technic
hightechnic
Etiketlər

Ramiz Məlik

Ramiz Məlik etiketinə aid xəbərlər.

Zaman onu zahirən dəyişib. Amma qəlbi, düşüncələri, həyata, dostlara olan münasibəti heç dəyişməyib. Gəncliyindən necə “komsomol Ramiz”dirsə, eləcə də qalıb. Tanıyanlar onun barəsində “sözübütöv, kişi adamdır”, deyir. Tamaşaçıları üçün o, misilsiz aktyordur. Mənimsə ona xüsusi müraciətim var: “bakılı balası”... Aramızdakı yaş fərqinə baxmayaraq, bu səmimi müraciətimdən heç vaxt inciməyib. Amma yox... bu dəfə incikliyini bildirdi: “unutmusan məni, çoxdandı dərdləşmirik”- dedi. Və biz oturduq... dərdləşdik.