!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tağı İbrahimovu hansı CƏZA GÖZLƏYİR?

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Binəqədi rayonundakı mebel sexində baş vermiş partlayış hadisəsinə görə iki nəfər həbs edilib.

Onlardan biri Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Tağı İbrahimovdur.Baş Prokurorluğun yaydığı məlumata əsasən, Tağı İbrahimov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdaniki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilərək istintaqa cəlb edilib. Məhkəmənin qərarı ilə o, həbs edilib.

Yenicag.az xəbər verir ki, ittihamlar təsdiqini taparsa, Tağı İbrahimova 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası veriləcək.

Tağı İbrahimovla birlikdə həbs edilən digər şəxs isə “Bakı Ağac Emalı” ASC-nin sədri Toğrul Rzayevdir. O, Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

İstintaq dövründə ittihamlar təsdiqini taparsa, T.Rzayev 3 ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər./unikal

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv