!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tahir Əkbərin mahnısı Sibel Cana necə “SIRINIB?” – “Hər iki əsər araşdırılacaq və...”

!Reklam – Yazi

“Biz bunu aydınlaşdırmaq üçün Müəllif Hüquqları Agentliyi ilə birgə həmin bəstəkara müaraciət edəcəyik”.

Bu sözləri türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının həyat yoldaşının “Gülüb getdi” mahnısı ilə eyni olması barədə sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirən tanınmış bəstəkar Tahir Əkbərin xanımı Aybəniz Əkbər Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Tahir Əkbər “Gülüb getdi” mahnısını 1987-ci ildə bəstələyib. Sibel Can isə 27 il sonra Ayman Bahqat və Tamer Alinin “bəstələdiyi” plagiat mahnını ifa edib:

“Bildiyimiz qədər, bu mahnının bəstəkarı Tamer Ali ərəbdir, oranjeman isə türk bəstəkara məxsusdur. Əgər bir mahnının 4 notu üst-üstə düşərsə, o mahnı artıq plagiat sayılır. Tahir Əkbərin “Gülüb getdi” mahnısı ilə Sibel Canın oxuduğu “Tamam o zaman” mahnısının 6-8 notu üst-üstə düşür. Demək ki, bu, artıq oxşarlıq yox, plagiatdır.

Bu mahnı Müəllif Hüquqları Agentliyində qorunur. Ona görə də biz varis olaraq, ilk növbədə agentliklə bərabər mahnının notarial qaydada təsdiqlənmiş formasını götürüb Ayman Bahqat və Tamer Aliniyə müraciət edəcəyik. Hər iki mahnı ekspertlər tərəfindən araşdırılacaq. Plagiat olduğu sübuta yetirilsə, biz o zaman qarşı tərəfə yönəlik təzminat iddiası qaldıracağıq.

İstədiyimizə nail olmasaq, sonda Sibel Cana müraciət ediləcək. Çünki Türkiyədə mahnı böyük məbləğdə qonorara satılır. Bizim müraciətimizdən sonra Sibel Can biləcək ki, plagiat mahnı üçün ondan böyük məbləğdə qonarar alınıb”.

Cəvahir

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv