!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tahir Kərimli bizə təhdid olunması haqda heç nə deməyib, belə bir şey eşitməmişəm” - Aqil Abbas

!Reklam – Yazi

“O, əgər təhdid olunursa, ölümlə hədələnirsə, mütləq Daxili İşlər Nazirliyinə məlumat verməlidir”.

Bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimlinin sosial şəbəkədə yaydığı videoda təhdid olunmasına dair eyhamın nə dərəcədə ciddi olduğuna münasibət bildirən millət vəkili Aqil Abbas Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Tahir Kərimli təhdid olunması haqda deputat həmkarlarına heç nə deməyib:

“Açığı, Tahir Kərimlinin paylaşdığı deyilən videoya baxmamışam, orada konkret nədən danışıldığı haqda məlumatım yoxdur. Ancaq Daxili İşlər Nazirliyinin bu barədə açıqlamasından belə anlaşılır ki, ona qərşı nə isə təhdid olub.

Tahir Kərimli əgər təhdid olunursa, ölümlə hədələnirsə, mütləq Daxili İşlər Nazilriyinə məlumat verməlidir. Ancaq deyildiyi kimi, bu barədə Nazirliyə müraciət etməyib.

Milli Məclisdə də bizə təhdid olunması haqda heç nə deməyib. İclas zalında biz bir-birimizə yaxın əyləşirik, ondan belə bir şey eşitməmişəm. Yenə deyirəm, belə bir hal varsa, mütləq Daxili İşlər Nazirliyinə müraciət edilməlidir”.

A.Zeynalov

www.yenicag.az

1745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv