!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tahir Kərimli parlamentdə yenə əsib-coşdu: “Sən miskin, cılız adam, özünü kimlə müqayisə edirsən?” - VİDEO

!Reklam – Yazi

“Biz indi istəyirik prezidentin arxasında durub onlara qarşı mübarizə aparaq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin dekabrın 27-də keçirilmiş plenar iclasındakı çıxışı zamanı deputat Tahir Kərimli onu tənqid edənlərə cavab olaraq səsləndirib.

Tahir Kərimlinin sözlərinə görə, bu gün Azərbaycanda bütün neqativ halları aradan qaldıra biləcək tək bir nəfər var:

“Biz islahatların tərəfdarıyıq. Həmin inhisarçılar sizin dövrünüzdə yaranıb, sizin əliniz onların cibində idi. Onları biz yaratmamışıq. Biz indi istəyirik prezidentin arxasında durub onlara qarşı mübarizə aparaq.

Bilirsiniz, bəsdir. Yalandan iyirmi səkkiz ildir, dediz ki, Tahir Kərimli vəzifəyə adamları bərpa edib, susdum. Dediz, vəzifəsini dondurub – dondurmadığım halda – susdum. Amma bu qədər olmaz.

İyirmi iki il işsiz qaldım, evimə, ailəyə əmək haqqı gəlmədi. İndi guya siz iqtidara yaxın olanda, biz də yaxın olmalıyıq, uzaq olanda, biz də uzaq olmalıyıq? Görməyəcəksiniz onu!

Bəli, bu gün Azərbaycanı təmin edə biləcək, o Təpəgözü də, yeddibaşlı əjdahanı da, korrupsiya, rüşvət və sairi da sındıra biləcək yalnız bir nəfər var. Biz bir nəfəri görürük, onu da müdafiə edirik.

Hələ üstəlik mən demirəm ki, sən gərək Əziz Əliyevin nəvəsi olasan, Heydər Əliyevin oğlu olasan… Sən miskin, cılız adam, özünü kimlə müqayisə edirsən? Nə bizi söyürsən? Bizi hara cəlb edirsən? Əgər gücünüz çatır, qoyun ortaya o adamı, gedək onu müdafiə edək. Amma yalandan da xalqı aldatmayın, uduzdurmayın. Dəfələrlə uduzdurulub…”.

A.Zeynalov

www.yenicag.az

764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv