!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tahir Rzayevin seçiciləri gərək...” - “Yoxsulluq”dan danışan deputata SƏRT ETİRAZ

!Reklam – Yazi

“Onları küçədə gördükdə fitə basmaq lazımdır ki, bəlkə düzələrlər”.

Bunu Milli Məclisin deputatı Tahir Rzayevin “Əhali yoxsuldursa, televizoru, soyuducunu nə ilə alıb, xaricdən maşını necə gətirir?” fikrinə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Hafiz Hacıyevin sözlərinə görə, xalqla bağlı bu cür düşünən insanların Milli Məclisdə yeri olmamalıdır:

“Belə çıxır ki, camaatın evində nə televizor, nə də soyuducu olmalıdır? Nə etməlidir, Ramiz Mehdiyevin komandasında olmalıdır? Bu sözləri ancaq xalqdan xəbəri olmayan insanlar işlədə bilər. Belə insanların Milli Məclisdə yeri olmamalıdır. Onlar birinci sort adamlardırlar, xalqdan xəbərləri yoxdur. Biz isə 3-4-cü sort adamlarıq. Tahir Rzayevi seçən seçicilər gərək həmən rayonda ondan soruşsunlar ki, biz nə etməliyik.

Belə insanlara üz vermək, onları ölü-diri yerinə buraxmaq olmaz. Küçədə gördükdə fitə basmaq lazımdır ki, bəlkə düzələrlər. Həmin adamlar dövlət başçısının əleyhinə işləyənlərdir. İşləri yalnız xalqı qıcıqlandırmaqdır. Belə adamların sözlərinə görə nə qədər qıcıqlanmalıyıq?

“Beşinci kolon” elə bunlardır. Xalqı dövlətdən narazı etməyə çalışırlar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1989
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv