!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tailand Şengen zonasının analoqunu yaratmaq istəyir

!Reklam – Yazi

Tailand Cənub-Şərqi Asiyanın digər ölkələri ilə regionda Şengen zonasının analoqunun yaradılması imkanını müzakirə edir.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, ötən aylarda baş nazir Settha Thaveesin Vyetnam, Kamboca, Laos, Malayziya və Myanmadan olan həmkarları ilə söhbətlərində bu məsələni qaldırıb. Bloomberg-in məlumatına görə, Tailandın baş nazirinin həmsöhbətləri onun təklifini müsbət qiymətləndiriblər.

“Bloomberg” qeyd edir ki, birgə viza proqramı keçən il təxminən 70 milyon turist qəbul edən ölkələrə altı ölkənin kurortları arasında sərbəst hərəkət edə biləcək daha çox səyahətçi cəlb etməyə imkan verəcək. Bu, həmçinin Taylanda turizm gəlirlərini artırmağa və bununla da mövcud iqtisadi çətinlikləri aradan qaldırmağa kömək edərdi./Apa/

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv