!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksi qiymətlərində ARTIMIN SƏBƏBİ: “İnsanların taksiyə olan tələbatı artır...” - İQTİSADÇI

!Reklam – Yazi

“Qiymət artımına səbəb olan amillərdən ən əsası risk faktorudur. Risk amili nə qədər yüksəkdirsə, göstərilən xidmətin qiyməti də o qədər yüksək olur”.

Bunu Bakıda yağan yağışla əlaqədar taksi xidmətində müşahidə olunan qiymət artımının səbəblərindən danışan iqtisadçı ekspert Eldəniz Əmirov Yenciag.az-a açıqlamasında deyib.

 

O ,bildirib ki, bəzi hallarda göstərilən xidmətin qiyməti hazırkı vəziyyətə uyğun olaraq artırıla, yaxud azaldıla bilir:

“Bu vəziyyətlər müxtəlif ola bilər. Məsələn, gərgin vaxtlarda tələbatın artması ilə qiymətin qalxması.

Yağışlı havalarda taksi qiymətlərinin artmasının səbəbini məhz bu amillə əlaqələndirmək doğru olar. Çünki insanların taksiyə olan tələbatı artır. Bu, bazarın özünü tənzimləməsidir.

Tələb-təklif-qiymət iqtisadiyyatın ən primitiv qanunlarından biridir. Qiymətlərin maksimum və yaxud minimum həddinin nə qədər olması ilə bağlı anlayış yoxdur.

Qış fəslində yolların buz bağladığı, ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi vaxtda taksi qiymətlərinin nə qədər baha olduğunu hər birimiz müşahidə etmişik.

Burada qiymət artımına səbəb olan amillərdən ən əsası risk faktorudur. Risk amili nə qədər yüksəkdirsə, göstərilən xidmətin qiyməti də o qədər yüksək olur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv