!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksi şirkətlərinin sərnişinləri qaçıran QİYMƏT ARTIMI: “Ödənişlərdə heç bir fərq olmayacaqsa...”

!Reklam – Yazi

“Taksi şirkətlərinin qiymətləri artırması sərnişinlərin ənənəvi taksi xidmətinə üz tutmalarına səbəb olacaq”.

Bu fikirləri Azərbaycanda məşhur taksi şirkətinin qiymətləri 10 faiz artırmasına münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, taksi şirkətinin qiymətləri artırması vətəndaşların narazılığına səbəb olub:

“Taksilərin qiymətlərinin artırılması ciddi müzakirələr doğurub. Təbii olaraq, hər hansı məhsul və xidmət üçün qiymət artımı heç bir cəmiyyətdə müsbət qarşılanmır.

Müasir texnologiyaların inkişafı sayəsində vətəndaşlar mobil tətbiq vasitəsilə taksilərdən həm sərfəli, həm də rahat istifadə edə bilirlər. Lakin qiymət artımı zamanla ənənəvi taksi modelinin geri dönməsinə səbəb olacaq.

Əgər ənənəvi taksilərin qiymətləri ilə həmin məşhur taksi şirkətlərinin qiymətləri arasında heç bir fərq olmayacaqsa, vətəndaşlar üçün onların hansından istifadə etməyin fərqi də olmayacaq”.

Nuray Məmmədzadə

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv