!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksi sürücülərindən YENİ TƏLƏBLƏR: “Gün ərzində 12-15 saatdan artıq işləyən...”

!Reklam – Yazi

“Gələn ildən taksi fəaliyyəti ilə məşğul olan sürücülərin işi üzərində ciddi nəzarət mexanizmi qurulacaq”.

Bu fikirləri taksi sürücülərinin gündəlik iş rejiminəndən artıq işləməsi probleminə toxunan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı  Yenicag.az-a deyib.Onun sözlərinə görə, hazırda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin əksəriyyəti hər gün 12-15 saatdan artıq işləyir:

“Taksi operatorları sürücülərin qarşısında öhdəlik qoyur və tələb edir ki, gün ərzində 20-25 gediş edilməlidir. Sürücü bunu müəyyən vaxt ərzində edə bilmədiyi üçün daha artıq işləmək məcburiyyətində qalır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə avtomobil nəqliyyatı haqqında qanuna edilən dəyişikliyə əsasən, taksi operatorları əməkdaşlıq etdikləri sürücülərlə müqavilə bağlayarkən, onlardan sağlamlıq haqqında arayış və digər zəruri sənədlər də tələb edilir.

Gələn ildən taksi fəaliyyəti ilə məşğul olan sürücülərin işi üzərində ciddi nəzarət mexanizmi qurulacaq. Bu çərçivədə taksi sürücülərinin iş və istirahət rejimi də normal qaydada tənzimlənəcək. Ümumi olaraq qeyd edim ki, sürücülər gün ərzində 8-10 saatdan artıq işləməməlidir”.

Nuray Məmmədzadə

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv