!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksilərin də qoşulduğu “BAHALAŞMA YARIŞI”: Qiyməti kim və necə artırır? - VİDEOREPORTAJ

!Reklam – Yazi

Pandemiya şəraitinin doğurduğu məhdudiyyətlər əksər fəaliyyət sahələri kimi nəqliyyat sektoruna da təsirsiz ötüşməyib.

Ölkədə yanacağın qiymətinin artırılmasından sonra sərnişindaşıma xidmətində bahalaşmanın qaçılmazlığı haqda proqnozların doğrulmasını gözləmək üçün çox gözləməyə ehtiyac olmadı.

İctimai nəqliyyatda qiymətlər hələlik dəyişməsə də, taksilər “yeni reallığa” ildırım sürətilə uyğunlaşdılar. Nəticədə onsuz da bahalı xidmətlər sırasında olan taksilərdə gediş haqqı qaldırılıb.

İctimai nəqliyyatın işləmədiyi şənbə və bazar günlərində taksilərdən istifadə edən sərnişinlər isə eyni məsafəyə görə gediş haqqını adi günlərlə müqayisədə bəzi hallarda iki dəfə çox ödəməli olurlar.

Yenicag.az əməkdaşlarının hazırladıqları materialda taksi xidmətinin bahalaşmasının səbəbləri araşdırılıb.

Videoreportajı təqdim edirik:

Gülşən Şərif
Aslı İsmayılzadə
Cavid Qaçayev

www.yenicag.az

1673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv