!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksimi qana boyayan terrorçu qadının SAXLANILMA ANI - VİDEO

!Reklam – Yazi

İstanbulun mərkəzində bomba qoyan şəxsin Təhlükəsizlik İdarəsi tərəfindən saxlanılma anı paylaşılıb. 

Yenicag.az xəbər verir ki,  qadının yaxalanma anı Türkiyə “Telegram” kanallarında yayılıb.

Məlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

“Hadisəni törədən və bombanı qoyan şəxs İstanbul Təhlükəsizlik İdarəsi tərəfindən saxlanılıb. Bundan əvvəl daha 21 nəfər saxlanılıb. Bu işdə zəhməti olan yoldaşlarıma xüsusilə minnətdaram”, – deyə S.Soylu bildirib.

Nazir əlavə edib ki, hesablamalara görə, terror aktının törədilməsinə dair əmri Kobani şəhərindən, hücumu törədən şəxs isə Afrin şəhərindən gəlib. Hər iki şəhər Suriyada yerləşir.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə xəsarət alıb.

www.yenicag.az

747
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv