!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taliban iki nazirliyi ləğv etdi

!Reklam – Yazi

Taliban administrasiyası Əfqanıstanın müvəqqəti hökumətinə tabe olan iki nazirliyi ləğv edib. 

Yenicag.az xəbər verir ki, bu barədə Taliban müvəqqəti hökumətinin sözçünün müavini Bilal Kərimi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, söhbət sülh və parlament işləri üzrə nazirliklərdən gedir.

Həmçinin əvvəlki hökumət dövründə fəaliyyət göstərən Müstəqil Seçki Komissiyası və Seçki Apellyasiya Komissiyasının buraxılması qərara alınıb. “Ehtiyac yaranarsa, komissiyaların işi bərpa olunacaq”, – deyə Kərimi bildirib.

Lakin ləğv edilmiş nazirlik və komissiyalarda çalışan dövlət qulluqçularının taleyi ilə bağlı məlumat verməyib.

 

 

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv