!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taliban Pakistan hərbi bazalarını ATƏŞƏ TUTDU

!Reklam – Yazi

Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, Taliban reydlərə cavab olaraq Pakistan hərbi bazalarını atəşə tutub.

Yenicag.az xəbər verir ki, bu barədə radikal Taliban hərəkatının yaratdığı Əfqanıstan hökumətindəki Müdafiə Nazirliyinin nümayəndəsi İnayətullah Xarəzmi X sosial şəbəkəsində məlumat verib.

O bildirib ki, Əfqanıstan sərhəd qoşunları Pakistanın hərbi hava qüvvələrinin reydlərinə cavab olaraq iki ölkənin sərhədində yerləşən Pakistan hərbi bazalarını atəşə tutub.

“Bu səhər Pakistanın döyüş və kəşfiyyat təyyarələri yenidən Əfqanıstana daxil olub və yaşayış binalarını bombalayıb.

Bu təcavüzə cavab olaraq, sərhəd qoşunları təxmini xətt üzrə Pakistan hərbi bazalarını ağır silahlardan atəşə tutublar”, – Xarəzmi yazıb.

O vurğulayıb ki, Taliban “istənilən təcavüzkar hərəkətlərə cavab verməyə hazırdır” və istənilən şəraitdə Əfqanıstanın “ərazi bütövlüyünü müdafiə edəcək”.

Xatırladaq ki, martın 18-nə keçən gecə Pakistan Hərbi Hava Qüvvələri iki ölkənin sərhədi yaxınlığında yerləşən Ləman (Paktika vilayəti) və Pasa Mella (Xost vilayəti) yaşayış məntəqələrinə hücum edib.

Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid basqınlarda üçü uşaq olmaqla azı 8 nəfərin öldürüldüyünü bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv