!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Taliban" rəsmiləri Rusiyada pasportlarını itirdilər - YENİLƏNDİ

!Reklam – Yazi

Rusiyaya gələn Taliban hərəkatının nümayəndələri pasportlarını itiriblər. 

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyəti üzvlərindən biri – Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Ziya Əhməd Takala içində həmkarlarının üç pasportu olan pulqabını götürərək Moskvanın Evropeyski ticarət mərkəzindəki Perekrestok supermarketinə gedib. Pasportlar da həmin məkanda yoxa çıxıb.

Paytaxt polisi artıq sənədlərin axtarışına başlayıb.

***

13:48

“Taliban” nümayəndə heyəti Əfqanıstanla bağlı danışıqlar aparmaq üçün Rusiyanın Kazan şəhərinə gəlib.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətinə müvəqqəti hökumətdə xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi rəhbərlik edir.

Görüşdə Əfqanıstandakı mövcud vəziyyət, əfqandaxili barışıq və ölkənin yenidən qurulması məsələlərinin müzakirə olunacağı gözlənilir.

Əfqanıstan münaqişəsinin həlli üzrə “Moskva formatı”nın ilk iclası 2017-ci ilin aprelində keçirilib. Tədbirdə Rusiya Federasiyası və Əfqanıstanın nümayəndələri ilə yanaşı, digər doqquz ölkənin xarici işlər nazirlərinin müavinləri və xüsusi nümayəndələri də iştirak ediblər.

“Moskva formatı”nın əsas məqsədi Əfqanıstanda milli barışıq və sülh prosesini təşviq etməkdir.

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv