!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taliban və İŞİD arasında toqquşma: Ölənlər var

!Reklam – Yazi

Əfqanıstanın paytaxtı Kabildə Taliban üzvləri ilə terror təşkilatı İŞİD yaraqlıları arasında şiddətli qarşıdurma baş verib.

Yenicag.az xəbər verir ki, hadisə ilə bağlı şəxsi Tvitter hesabında açıqlama verən Taliban sözçüsü Zəbihullah Mücahid burada İŞİD-ın hücrəsinə əməliyyat keçirildiyini, 4 İŞİD terrorçusunun öldürüldüyünü, 1 terrorçunun isə ələ keçirildiyini bildirib.

İŞİD terrorçularının bu bölgədə intensiv şəkildə yaşayan və Məhərrəm ayı qeyd etmək üçün toplaşan şiələrə hücum etməyi planlaşdırdıqlarını bildirən Mücahid, əməliyyat nəticəsində çoxlu sayda silah-sursatın məhv edildiyini qeyd edib.

Mücahid Taliban üzvləri ilə bağlı ölən və yaralananlar barədə məlumat paylaşmayıb.

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv