!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tamam, yoxsa davam? - “Bəzi partiyaların hakimiyyətin onların fəaliyyətinə şərait yaratmasımı gözləmələri...”

!Reklam – Yazi

“Təkrar qeydiyyatdan keçə bilməyən partiyalar hakimiyyətlə” ”söz güləşi”nə çıxaraq, haqlı olduqlarını göstərməyə çalışırlar”.

Bu fikirləri özlərini “aparıcı siyasi qüvvə” kimi təqdim edən bir sıra partiyaların təkrar qeydiyyat üçün tələbləri yerinə yetirməməsinin səbəblərini dəyərləndirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan partiyalar öz sosial bazalarının genişləndirilməsi yönündə vaxtında tədbirlər görməli idilər:

“Bilirsiniz ki, Azərbaycanda siyasi partiyaların fəaliyyətini ötən əsrin 90-cı illərindən bu yana izləyirəm və həmin təşkilatların gücü, imkanları bizə məlumdur. Müşahidələrimin maraqlı və təəccüblü tərəfi budur ki, bir çox partiyalar hakimiyyətin onların fəaliyyətinə şərait yaratmasını gözləyir. Bu isə mümkün olan iş deyil.

Dünya təcrübəsində partiyalar özlərini hakimiyyət uğrunda apardıqları siyasi mübarizə ilə təsdiqləyir və bacardıqları qədər istədiklərinə nail olurlar. Bizdə isə partiyalar hər şeyi hakimiyyətdən istəyəcəklərsə, belə vəziyyətə düşəcəklər.

Xatırladım ki, Azərbaycanda ilk partiyalar 80-ci illərdə – milli-azadlıq hərəkatı dalğasında yaradıldı. Ölkədə çoxpartiyalı sistem isə 1992-ci ildən bərqərar olub. Bu müddətdə Azərbaycandakı partiyalar hətta sağ-mərkəzçi və sol-mərkəzçi beynəlxalq ittifaqlarda da təmsil olunubar.

Ancaq sonrakı mərhələlərdə partiyalar öz fəaliyyətlərini elə qurdular ki, son nəticədə gəlib indiki vəziyyətlə üzləşdilər. Yeni qanunda beş min üzv şərtinin yer almasından sonra aydın idi ki, partiyaların mütləq əksəriyyəti bu tələbi yerinə yetirə bilməyəcək. O baxımdan, indi təkrar qeydiyyatdan keçə bilməyən partiyalar hakimiyyətlə “”söz güləşi”nə çıxaraq, haqlı olduqlarını göstərməyə çalışırlar.

Prosesin gedişinə uyğun olaraq deyə bilərəm ki, ölkədə hakimiyyət partiyasından başqa daha bir neçə oturuşmuş partiya təkrar qeydiyyatdan keçərək fəaliyyətini davam etdirəcək. Çünki ölkədə təkpartiyalı sistemə qayıdış Azərbaycanın beynəlxalq nüfuzuna zərbə olar”.

A.Zeynalov

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv