!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tamaşaçını teatra gətirən “Şükriyyə”: “Bravo” sənə!

!Reklam – Yazi

Mükəmməl əsər, möhtəşəm rejissor işi, fərqli səhnə tərtibatı, işıq, musiqi, aktyor oyunu – bir sözlə, hər şey bir-birini tamamlayanda nəticədə mükəmməl sənət əsəri meydana gəlir. Və o zaman bu sənət əsəri qarşısında heyrətlənməyə bilmirsən. Bax, buna deyərəm, hadisəyə çevrilən tamaşa və o tamaşanı heyranlıqla seyr edən tamaşaçı… Həqiqətən “bravo”.

Açığı deyim ki, uzun müddət idi ki, teatrlarımızda ürəyimcə olan mükəmməl bir tamaşa izləmək istəyim elə arzu olaraq qalırdı. Belə baxdığım tamaşalar olub, amma ürəyimdən tikan çıxaran tamaşanı seyr etmək ümidim hələ gerçəkləşməmişdi. Nəhayət, bu arzum gerçəkləşdi. Akdemik Milli Dram Teatrında gənc və istedadlı yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı izləyəndən sonra içimdə bir sevinc işardı. “Şükriyyə” tamaşası son vaxtlar tez-tez səslənən “teatrlarımızda yaxşı tamaşalar yoxdur”, “sosial şəbəkələr teatrlara olan marağı üstələyib”, “yaxşı pyeslər yazılmır” kimi fikirləri alt-üst etdi. Demək ki, heç bir sosial şəbəkənin əvəzləyə bilmədiyi və canlı ünsiyyət formasının mükəmməl nümunəsi olan teatr əvvəlki şöhrətini özünə qaytara bilər və qaytaracaq da… “Şükriyyə” kimi tamaşalarımızın sayı artdıqca buna nail ola biləcəyik.

Qeyd edim ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Rollarda Əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), Xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), Xalq artisti Əli Nur (Süleyman bəy), Əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə) və digərləri çıxış edir.

Tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə – əmək koloniyasına göndərilib.

Cəvahir

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv